Oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Mülki müdafiə (MM) qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqin əsas məqsədi xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olub.
Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov toplanışda iştirak edənlərin say tərkibi, onların yanğın təhlükəsizliyi qaydalarını necə mənimsəmələri ilə maraqlanıb, lazımi təlimat və göstərişlərini verib.
MM qüvvələrinin manqa və mühafizə dəstələri məşq zamanı simulyasiya edilmiş yanğının söndürülməsində iştirak edib, qarşıya qoyulmuş məqsədə nail olublar. Məşq uğurla başa çatıb.