25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Bio-Etika komissiyasının ilk iclası keçirilib.
İclasda Mərkəzi Gömrük Hospitalının bazasında klinik tədqiqatların, o cümlədən beynəlxalq çoxmərkəzli tədqiqatın aparılması üçün daxil olmuş 3 müraciətə baxılıb. Əsas tədqiqatçılar çıxış edərək hər bir klinik tədqiqat haqqında məlumat vermiş, komissiya üzvlərinin suallarını cavablandırıb.
Qeyd edək ki, komissiyanı Azərbaycan Tibb Universitetini (ATU) İctimai fənnlər kafedrasının baş müəllimi Nigar Ələkbərova təmsil edib.
Müzakirələrdən sonra komissiya təqdim edilmiş tədqiqatların qəbul olunmuş etik standartlara cavab verdiyini nəzərə alaraq, onların Mərkəzi Gömrük Hospitalı bazasında keçirilməsi üçün müsbət rəy verib.