Azərbaycan Tibb Universitetində daim qazi və şəhid ailələri, aztəminatlı ailələrin üzvlərinə diqqət və qayğı nümayiş etdirilib, onların sosial problemlərini həlli üçün tədbirlər görülüb. ATU rəhbərliyinin bu sahədəki fəaliyyəti diqqətsiz qalmayıb.
Azərbaycan Tibb Universitetinin Təsərrüfat işləri üzrə şöbə müdiri Elçin Əlizadə “Şəhid ailələri, qazi və veteranlara göstərdiyi qayğı və dəstəyə görə” Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
E.Əlizadənin sözlərinə görə, ATU-da torpaqlarımızın azadlığı uğrunda canını və sağlamlığını fəda edən hərbçilərimizə, onların ailə üvlərinəd layiqli yanaşma nümayiş etdirilir. Onların istənilən növ müraciətləri operativ şəkildə həllini tapır. Bu yaxınlarda Vətən müharibəsi şəhidi ailəsinin bir üzvü universitetdə işlə təmin olunub.
Azərbaycan Tibb Universiteti Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşən ailələr, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri hər zaman dəstəkləyəcək.