ATU-nun şöbə müdiri Türkiyədə dərs keçib
Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Türkiyənin Ömer HalisdemirUniversitetinin (NÖHÜ) Tibb fakültəsinin Tibbi patologiya kafedrasında iki həftəmüddətində dərs keçib. Səfər Türk DövlətləriTəşkilatı Türk Universitetləri Birliyinin “Orhun mübadilə proqramı” çərçivəsindəreallaşıb.
Səfər ərzində dosent M.Orucov NÖHÜ-nünrektoru, professor Hasan Uslunun Tibb fakültəsinin professor-müəllim heyəti ilə illik görüşündə iştirak edib, fakültənin dekanı, professor Üner Kayabaş və universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dr. Hülya Üründü ilə görüşlər keçirib. Görüşlərzamanı iki universitet arasında əməkdaşlığınperspektivləri, Türkiyədə tibb təhsilinin metodoloji əsasları və s. məsələlər barəsində fikir mübadiləsi aparılıb.