ATU əməkdaşları ANKEM konqresində mükafata layiq görüldülər

Azərbaycan Tibb Universitetinin əməkdaşları Antalyada keçirilən  beynəlxalq ANKEM konqresində mükafata layiq görülüblər.  Artıq 37-ci dəfə təşkil olunan tədbir "Sağlamlığın üçün vaksin ol, antibiotikdən ağılla istifadə et" şüarı altında keçirilib.

 

ANKEM konqresində ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sadiyeva  və II Uşaq xəstəlikləri kafedrasının baş laborantı Aysel Şıxəmmədova iştirak ediblər. ATU təmsilçiləri infeksion xəstəliklər və antibiotiklərin rasional istifadəsi ilə əlaqədar mövzuların fərqli sahələrdə multidisiplinar yanaşmasını hədəfləyən elmi tədqiqatlarını sözlü məruzə edərək, 3-cü yer mükafatına layiq görülüblər. 

 

ANKEM Konqresi çərçivəsində 4 konfrans, 19 panel sessiyası, 25 sözlü məruzə, 15 poster məruzə və bir peyk simpoziumu baş tutub. Tədbirdə infeksion xəstəliklərdə antibiotiklərə davamlılıq, antibiotiklərin rasional istifadəsi, epidemioloji dəyərləndirmələr, farmako-iqtisadi yanaşma, uşaq və yetkinlərin vaksinasiyası,  cərrahi və kritik xəstə infeksiyaları daxil olmaqla tibbin aktual mövzuları üzrə müzakirələr aparılıb.