Azərbaycan Tibb Universitetinin (ATU) Debat Klubunun payız mövsiminin açılışı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə tələbələrlə yanaşı, universitetin Tələbə Həmkarlar İttifaqının sədri Elşad Novruzov, “Vətəndaş Cəmiyyəti Debat” İctimai Birliyinin nümayəndələri Pərvin Piriyev, Vüqar Süleymanov, Nicat Mehrəliyev də iştrak ediblər. Birlik üzvləri universitetin Debat Klubunun üzvləri ilə birgə “İnsan klonlaşdırılması leqallaşdırılmalıdırmı?” mövzusunda maraqlı debat keçiriblər. Tərəflərdən biri insanın klonlaşmasını öz arqumentləri ilə təsdiq, o biri isə inkar etməyə çalışıb.
Tədbiri Nigar Nəcəfova açaraq sözü Tələbə Həmkarlar İttifaqının sədri Elşad Novruzova verib. E.Novruzov tədbir iştirakçılarını salamladıqdan sonra bildirib ki, universitetin Debat Klubu 15 ildir ki, fəaliyyət göstərir: “Doğrudur, universitetin nəzdində Debat Klubdan əlavə Tələbə Həmkarlar Komitəsi və o cümlədən bir sıra ictimai birlik və təşkilatlar fəaliyyət göstərir. Məqsəd isə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, onları pis vərdiş və istiqamətlərdən uzaqlaşdırmaqdan ibarətdir” – deyən E.Novruzov universitet rəhbərliyinin, o cümlədən akademik Əhliman Əmiraslanovun tələbələrin bu cür birlik və təşkilatlarda fəaliyyətinə şərait yaratdığını və onların hər müsbət təşəbbüsünü dəstəklədiyini qeyd edib. Çıxışının sonunda iştirakçılara uğurlar arzulayan Elşad müəllim sonda bildirbi ki, Kluba öz arzu və istəyinizlə cəlb olunmağınız bizi olduqca sevindirir və Tələbə Həmkarlar Komitəsi olaraq həmişə siz tələbələrin yanındayıq və keçirdiyiniz tədbirləri dəstəkləyirik.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 1998-ci ildən “Debat” təhsil proqramı kimi fəaliyyətinə başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib. Proqrama əsasən ali təhsil müəssisələri cəlb olunub. ATU-nun Debat Klubu isə qurumun tərkibində yaradılan ilk klub olub. Həmişə olduğu kimi bu dəfə də ATU-nun tələbələri digər ali məktəb tələbələrindən aktivliyinə görə fərqlənir. Onun sözlərinə görə, 1999-cu ildə yaradılan ATU-nun Debat Klubu arada müəyyən fasilələrlə 15 ildir öz fəaliyyətini davam etdirir. Kluba universitetin müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Gültac Kərimli sədrlik edir. Onun sözlərinə görə, 1999-cu ildə yaradılan ATU-nun Debat Klubu arada müəyyən fasilələrlə 15 ildir öz fəaliyyətini davam etdirir. “Hazırda klubun 427 üzvü var. Bu yaxınlarda təlimlərə başlanacaq və daxili turnir keçiriləcək. Klub fəaliyyəti dövründə 4 dəfə Respublika, bir dəfə Bakı Forumu qalibi, 3 dəfə Bakı Forumu 2-cisi olub. Hazırda klubun 15 illiyini keçirmək məqsədilə tədbirə hazırlaşırıq.“