ATU THİK tərəfindən tələbələr arasında Zəfər günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində film konsert nümayiş etdirilmişdir
ATU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən milli vətənpərvərlik ruhunda çəkilmiş və 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfər səsi” filmi nümayiş olunub.
Tədbirin açılışında ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından tələbələri salamlayan THİK sədri Qoşqar İsmayılov bu günün önəmindən bəhs edib və tələbələrin qələbə əhval-ruhiyyəsini yüksək qiymətləndirib. Q.İsmayılov bu günü bizə bəxş edən cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, müharibə veteranlarına, qazilərə və şəhidlərə borclu olduğumuzu bildirib. O, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyib.
Sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
“Təbib” idman klubunun müdiri Qələndər Aslanov dövlət bayrağımızı daim zirvələrdə tutmağın hər birimizin borcu olduğunu vurğulayıb.
Daha sonra dövlət himni səsləndirilib və sözügedən film nümayiş olunub. Filmi maraqla izləyən tələbələr onu yüksək qiymətləndirdiklərini bildiriblər.
ATU THİK bütün tələbələri bu tip tədbirlərdə aktiv iştirak etməyə çağırır.