Bu gün Sevilya universitetinin professoru, Transplantologiya üzrə Avropanın tanınmış mütəxəssisi Javier Padillo və Tibilisi Dövlət Universitetinin professoru Nino Çixladze rektor Əhliman Əmiraslanovla görüşüblər.
Görüş zamanı Azərbaycanda transplantologiya sahəsində diplomdansonrakı təhsil üzrə proqram yaradılması haqqında müzakirələr aparılıb.
Tərəflər transplantologiya sahəsində ayrıca proqramın mövcudluğunun əhəmiyyəti, bu sahənin gələcək prespektivləri haqqında fikir mübadiləsi aparıblar.
ATU rektoru, akademik Ə.Əmiraslanov gələcəkdə Universitetlər arasında mütəxəssis mübadiləsinin reallaşdırılması məqsədilə xüsusi müqavilənin hazırlana biləcəyini də istisna etmədi.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, ATU-nun Tədris-Terapevtik Klinikasının direktoru Surxay Musayev və ATU-nun I cərrahi-xəstəliklər kafedrasdının müdiri Nuru Bayramov iştirak ediblər.