50-yə yaxın tələbənin tamaşalara pulsuz bilet təqdim olunub
Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə fəaliyyətini davam etdirir. Bu fəaliyyət çərçivəsində noyabr ayında 250-yə yaxın tələbəyə teatra giriş üçün pulsuz bilet təqdim olunub.
Tələbələr Dövlət Akademik Musiqili Teatrında nümayiş etdirilən "999-cu gecə" tamaşasını maraqla izləyiblər. Nümayişdə tələbələrlə yanaşı, ATU THİK-in üzvləri və universitetin müəllim kollektivi də iştirak edib. Komitənin sədri Qoşqar İsmayılov da tələbələrlə birlikdə tamaşanı seyr edib. Tələbələrin teatr sənətinə marağını yüksək qiymətləndirən Q.İsmayılov bu imkanın yaradıldığı üçün komitənin nəzdindəki teatr klubunun üzvləri və fəal tələbələrə təşəkkürünü bildirib.
Qeyd edək ki, ATU THİK tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün “Teatr görüşləri” layihəsini davam etdirməklə yanaşı, digər klub və layihə planlarını aybaay təkmilləşdirir.