Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunan təhsil müşaviri Abdulgafur Büyükfırat Azərbaycan Tibb Universitetinin qonağı olub. Cənab Büyükfırat ATU rektoru akademik Əhliman Əmiraslanovla görüşüb.
Səmimi şəraitdə keçən görüş zamanı qonağa Tibb Universitetinin fəaliyyəti, klinikalar barədə məlumat verilib. Qeyd olunub ki, ATU nəzdindəki klinikalar əhaliyə yüksək tibbi xidmət verməklə yanaşı, həm də tədris müəssisəsi kimi fəaliyyətdədir.
Öz növbəsində müşavir Abdulgafur Büyükfırat da klinikaların işi ilə tanış olduğunu, burada mövcud şəraitdən çox məmnun qaldığımı dilə gətirib.
Görüş zamanı ATU ilə qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.