Ailə təbabəti kafedrasının müdiri, əməkdar elm xadimi, professor İbrahim İsayev və dosent Rəna Məmmədova tərəfindən hazırlanmış “Pediatrik semiologiya” adlı dərslik işıq üzü görüb.
Dərslikdə təməl pediatriyanın əsas bölmələri - deontologiya məsələləri, uşaq yaşının dövrlərinin səciyyəsi, uşaqlarda fiziki inkişafın yaş xüsusiyyətləri, sağlam uşaqların qidalanma prinsipləri, uşaqlarda üzv və sistemlərin anatom-fizioloji yaş xüsusiyyətləri, onların müayinə üsulları, əsas zədələnmə simptom və sindromları ətraflı şəkildə əks olunub.
Dərslik tibb təhsili verən aparıcı universitetlərin tədris proqramları əsasında tərtib edilmiş, ali məktəb tələbələri və rezident həkimlər üçün nəzərdə tutulmuşdur.