Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları seminarda iştirak edib

 

Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları “Dəyər axınının xəritəsi - təşkilatınızın proseslərini və əməliyyatlarını qiymətləndirmək, daha yaxşı nəticələr üçün itkiləri müəyyən etmək və aradan qaldırmaq” mövzusunda seminarda iştirak ediblər. Təlim Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının (AIEMA) ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. 

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov və müdir müavini Nigar Ələkbərovanın qatıldığı seminarda ABŞ-ın Baltimore Əyalətinin Merilend Universitetinin (UMBC) Beynəlxalq Tələbələr və Alimlər Ofisinin Direktoru cənab Adam Julian əsas məruzəçi kimi çıxış edib.