Azərbaycan Milli Xalq İdman Oyunlarının “Şuşa ili” adı altında XXX Respublika Spartakiadası keçirilib. Spartakiadada milli güləş növü üzrə Azərbaycan Tibb Universitetinin əməkdaşı, mühafizəçi Mahir Əliyev də iştirak edib.
M.Əliyev gərgin keçən mübarizədə bütün rəqiblərinə qalib gələrək ən yüksək nəticə göstərib. Belə ki, o, 125 kq çəkidə I yerə çıxıb və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Konfederasiyasının müvafiq diplomuna layiq görülüb.
Bundan başqa, əməkdaşımız daşqaldırma və gücsınama yarışlarında 90+ çəki dərəcəsində II yer tutub. Qeyd edək ki, M.Əliyev respublika üzrə keçirilən nüfuzlu idman yarışlarında mütəmadi iştirak edir və həmişə yüksək nəticələr göstərir.