Azərbaycan Tibb Universitetitinin Usaq cərrahlıgı kafedrasının assistenti Namiq Xəlilov noyabrın 10-12-də Rusiya Uşaq Cərrahları Assosiasiyasının dəvəti ilə Rusiya Uşaq Cərrahlarının VIIl forumuna qatılıb.
Forum Moskva şəhərinin Vega İzmaylovo hotelində hibrid formatda baş tutub. Rusiya Usaq Cərrahları Assosiasiyasının sədri, professor A.Razumovski, professor V.Rozinov və professor D.Morozov forumda giriş nitqi söyləyiblər.
Uşaq cərrahiyyəsinin aktual problemlərinə həsr olunmuş forumda “Bunu necə edə bilərəm?” mövzusunda videosessiya, eləcə də dəyirmi masa, master-klasslar və simpoziumlar keçirilib.
Forumun plenar iclasında açılış sözü ilə S.Ternovski adına mükafatın laureatı, professor V.Novojilov, G.Bayirovun 100 illiyinə həsr olunan film təqdimatı ilə professor A.Podkamenev, yenidogulmusların cərrahiyyəsinə həsr olunmuş mövzularla isə professorlar D.Morozov və A.Kotin çixiş ediblər.
Forum çərçivəsində “Abdominal cərrahiyyə”, “Aşağı axınlı damar malformasiyalarının diaqnostikası və müalicəsi”, “Neonatal dövrdə olan uşaqlarda mədə-bağırsaq traktının nadir anomaliyaları”, “Pediatriya praktikasında osteosintezin ağırlaşmaları”, “Koloproktologiyada mürəkkəb xəstə”, “Torakal cərrahiyyə”, “Pediatriya praktikasında neyroortopediya”, “Spontan pnevmotoraks”, “Kombustiologiyada innovativ texnologiyalar”, “Yuxarı sidik yollarının patologiyası”, “Uşaqlarda sümüklərin və yumşaq toxumaların irinli-iltihabi xəstəlikləri” və “Hipospadiya” mövzularında məruzələr dinlənilib.
Dəyirmi masada “Agir diafraqma yırtığı”, “Uşaqlarda yalançı oynaqların müalicəsində problemlər”, “Rusiyada uşaq cərrahiyyəsinin tədrisi”, “Mexanik və termik zədələrin nəticələri olan xəstələrdə çapıq əleyhinə terapiya”, “Botulotoksin uşaq proktologiyasında”, “Uşaqlarda endoskopiya imkanları” mövzularında master-klasslar təqdim olunub.
Universitetimizin təmsilçisi Dr. Namiq Xəlilov forumun işçi iclaslarında və Rusiya uşaq cərrahlarının hesabat seçkisində iştirak edib.
Rusiya Federasiyasinin butun bölgələrinin və MDB ölkələrinin nümayəndələrinin qatıldığı, gənc alimlərin elmi-tədqiqat işlərinin ənənəvi müsabiqəsi ilə yekunlaşan forum innovativ ideyaların və texnologiyaların geniş təbliğinə, yerli mütəxəssislərin beynəlxalq peşəkar məkana inteqrasiyasına öz töhfəsini verib.