Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə “Aktiv Tibb Tələbəsi Proqramı” layihəsi həyata keçirilib.
Layihə rəhbəri Nicat Mehrəliyevin verdiyi məlumata görə, “Aktiv Tibb Tələbəsi Proqramı” ( ATTP) layihəsi çərçivəsində 17-18 noyabr tarixlərində ATU tələbələrinə layihələrin yazılması, idarə olunması mövzularında təlimlər keçirilib.
Təlimlər zamanı tibb universitetinin tələbələrinə təcrübəli təlimçilər tərəfindən ictimai fəaliyyətin əsasları, layihələrin ideya halından başlayıb icrasına qədər olan mərhələləri ilə bağlı biliklər verilmiş, model üzərində tələbələr layihələr hazırlamışdır. Təlimləri uğurla başa vuran tələbələr sertifikatla təltif olunub.
Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclər arasında ictimai aktivliyin artırılması, gənclərin asudə vaxtının səmərəli keçirilməsinin təşkilindən ibarətdir.