Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif olunması haqqında sərəncamlar imzalayıb. Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin əməkdaşları da var.
Əməkdar elm xadimi, İnsan anatomiyası kafedrasının müdiri, professor Şadlinski Vaqif Bilas oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib, Əməkdar elm xadimi, Daxili xəstəliklər kafedrasının müdiri, professor Məmmədhəsənov Rafiq Musa oğlu və III Cərrahi xəstəliklər kafedrasının professoru Nəsirov Məmməd Yahya oğlu isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Qocaman professorlarımızı universitetimizin kollektivi adından təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!