Noyabrın 30-da Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında “Təcrübədən tədrisə” layihəsinə start verilib. Layihənin əsas məqsədi tələbələrdə seçdikləri ixtisasa maraq yaradılması və motivasiyalarının artırılmasıdır. Bu məqsədlə respublikamızın tanınmış mütəxəssislərinin müxtəlif mövzular üzrə mühazirələr oxuması və tələbələrin suallarının cavablandırması planlaşdırılıb.
İlk qonaq kimi V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova dəvət edilmişdi. Əvvəlcə kafedranın müdiri, dosent Şəhla Balayeva tələbələrə layihənin məqsədi haqqında məlumat verdi və qonağı təqdim etdi. Daha sonra S.Xəlilova İctimai səhiyyə fakültəsinin III kursunda “İstehsalatda müxtəlif mikroiqlim şəraitində baş verən peşə xəstəlikləri” mövzusu üzrə mühazirə oxudu.
Tələbələrin aktivliyi ilə seçilən mühazirənin sonunda t.ü.f.d. S.Xəlilova və dosent Ş.Balayeva tərəfindən onların çoxsaylı sualları cavablandırıldı. Tələbələr maraqlı mühazirə və məlumatlar üçün universitetimizə dəvət olunmuş mütəxəssisə öz təşəkkürlərini bildirdilər.