Bu gün Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının Tibbi Şurasının iclası keçirilib.
İclasda Klinikanın direktoru, professor Surxay Musayev çıxış edərək, rektorun tələbələrlə görüşü haqqında məlumat verdi. Görüşdə tələbələrin səsləndirdiyi məsələləri daim gündəmdə saxlamalı, şikayət və təkliflərin dərhal həllinə nail olmalıdırlar.
Daha sonra toplantıda klinikanın aylıq fəaliyyətinin yekunları haqqında hesabat səsləndirilib. Qeyd olunub ki, bu ilin noyabr ayı ərzində klinikaya 5666 nəfər daxil olub, 533 nəfər isə çxıb. Ən çox xəstə endokrinologiya bölməsində qeydə alınıb ( 71 daxil olub, 49 çıxıb). Hesabatda klinikanın bölmələri üzrə daxil olan xəstələr, onların xəstəliklərinin profilləri barədə ətraflı məlumat yer alıb.
Toplantıda həmçinin Tədris Terapevtik Klinikanın Ürək-Damar Mərkəzinin bir illik fəaliyyəti haqqında məlumatlar səsləndirilib. Dos. Dr Fərid Əliyev mərkəzin yenilikləri, əldə edilən uğurlar, elmi nailiyyətlər, gələcək planları haqqında danışıb. Qeyd olunub ki, ümumilikdə bu l ərzində mərkəzdə 1500-ə yaxın xəstəyə qulluq göstərilib.
Klinikada həmçinin peyvənd otağının fəaliyyəti haqqında da geniş məlumat səsləndirilib.