Bu gün Sudanın Azərbaycandakı səfiri Məhəmməd Aliya’s və Fələstinin 2 katibi Hussam Lotfi Tibb Universitetinin qonağı olub. Qonaqlar ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülər Seyidova ilə görüşüblər.
Görüş zamanı ATU-nun Sudan və Fələstindən olan tələbələrinin təhsili, burada onlar üçün yaradılan şəraitdən söz açılıb. Qeyd olunub ki, bu tələbələrin daha rahat şəraitdə təhsilinin təşkili üçün səfirliklərlə daim əlaqələr yaradılacaq.
Gülər Seyidova hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi var və onlardan təxminən 1100 nəfəri əcnəbilərdir. Ümumilikdə ATU-da 18 ölkənin vətəndaşları təhsil alır.
Görüş zamanı qonaqlaraa Tibb Universitetinin fəaliyyəti, klinikalar barədə məlumat verilib. Qeyd olunub ki, ATU nəzdindəki klinikalar əhaliyə yüksək tibbi xidmət verməklə yanaşı, həm də tədris müəssisəsi kimi fəaliyyətdədir.