Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tələbə-Gənclər Təşkilatının seçki-hesabat konfransı baş tutub. Konfransda əvvəlində ATU-nun tədris işləri üzrə prorektoru ə.e.x.professor Sabir Əliyev açılış nitqi ilə qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra konfransa sədrlik edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov çıxış edərək universitetimizin həyatında tələbə-gənclərin hüquqlarının qorunması və onların dövlət başçımızın yaratdığı şəraitdən bəhrələnərək yüksək ixtisaslı həkim adına yiyələnmələri üçün aktiv fəaliyyət göstərdiyini vurğulayıb.
Gələn il ilk dəfə olaraq “Bakı 2015” Avropa oyunlarının keçiriləcəyini xatırladan C.Qsımov bu tədbirlərin ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb edəcəyini vurğulayıb. O, tələbə-gənclərin fəaliyyətinin bu oyunların təşkilində xüsusi rol oynayacağı da nəzərə çatdırıb.
Daha sonra TGT-nın əvvəlki sədri Burxan Həsənov təşkilatın cari il ərzinə fəaliyyəti haqqında hesabat xarakterli çıxış edib. O, tələbələri TGT-nin bir ilki fəaliyyəti, gördüyü işlər, reallaşdırılan layihələri haqqında məlumatlandırıb.
Hesabatın müzakirəsindən sonra ATU üzrə Tələbə-Gənclər Təşkilatının yeni heyəti seçilib. əşkilatın yeni seçilmiş sədri Tural Əzizov TGT-nın gələcək planları haqqında məlumat verib.
Qeyd edək ki, tədbirdə ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Elşad Novruzov, Nəsimi rayon gənclər və idman idarəsi rəis müavini Şahmar Tağıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının TGT-lərlə iş departamentinin direktoru Yeganə Əliyeva da iştirak ediblər.
Toplantının sonunda təbdir iştirakçıları Prezidentə müraciət qəbul edərək tələbə-gənclərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər.