Bu gün Azərbaycan Tibb Universitetində tanınmış alim, mərhum prorektor Əzəm Təyyar oğlu Ağayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov mərhum yubilyarla bağlı fikirlərini açıqlayıb. O, Əzəm Ağayevlə cəmi 2 il tanış olduğunu, amma bu müddətdə onun özünü çox bilikli, məsuliyyətli, çalışqan insan kimi isbatladığını bildirdi. Rektor Ə.Əmiraslanovun sözlərinə görə, Əzəm Ağayevin tibb elmləri doktoru, yaxud professor olmadığı halda prorektor vəzifəsində çalışan yeganə insan olduğunu da vurğuladı.
Daha sonra anım tədbirində ATU-nun ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, Professor Rafiq Çobanov Əzəm Ağayevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi.
Konfransda həmçinin Tədris Terapevtik Klinikanın direktoru Surxay Musayev, K.Y.Fərəcova adına Elmi-Tədqiqat, Pediatriya İnstitunun direktoru, professor Nəsib Quliyev, Histologiya kafedrasının müdiri, dosent Eldar Qasımov, Tibbi profilaktika fakültəsinin müdiri, dosent Aydın Məmmədov, Epidemiologiya kafedrasının müdiri, professoru İbadulla Ağayev, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti, həmçinin mərhumun oğlu Anar Ağayev də görkəmli alim haqqında xatirələrini bölüşüblər.