Bu gün Azərbaycan Tibb Universitetinin Elmi Şurasının bu il üçün yekun iclası keçirildi. İclasda Şura üzvləri, ATU rəhbərliyi, professor-müəllim heyətinin nümayəndələri iştirak edirdilər.
ATU rektoru, akademik Əhliman Əmiraslanov universitetin bu il ərzindəki fəaliyyəti, qazanılan nailiyyətlərdən söz açdı.
Çıxışının sonunda Ə.Əmiraslanov ATU kollektivini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi. Rektor universitet əməkdaşların gələn il daha böyük uğurlar, elmi nailiyyətlər arzuladığını bildirdi.
Daha sonra Elmi Şurada “ATU-da təhsil islahatları və onun həyata keçirilməsində kollektiv qarşısında duran vəzifələr” mövzusunda məruzə səsləndirildi. ATU-nun Tədris metodik və innovasiya şöbəsinin müdiri prof. Akif Qurbanov universitetdə reallaşdırılan islahatlar, yeni layihələr, görülən işlərin effektivliyi barədə məlumatları açıqladı.
Şurada həmçinin ATU-nun tədris işləri üzrə hissə müdiri Nəsimi Qasımov, tibbi profilaktika fakültəsinin müdiri Aydın Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova, bioloji kimya kafedrasının müdiri Arif Əfəndiyev, patoloji anatomiya kafedrasının müdiri Ədalət Həsənov, tədris işləri üzrə prorektor Sabir Əliyev və ağız bə üz-çənə cərrahiyyəsi kafedrasının müdiri Çingiz Rəhimov da çıxış etdilər.