Bu gün ATU-nun İctimai Fənnlər kafedrasında Qurban Bayramovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Konfransda ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev Qurban Bayramovun ATU-dakı fəaliyyətindən, onun işlədiyi illərdə kafedranın qazandığı naliyyətlərdən söz açdı.
Qeyd edək ki, Q.Bayramov 1963-cü ildən etibarən ATU-da işləyib, ictimai fənnlər kafedrasının müdiri olub.
Prorektor öz çıxışında qeyd etdi ki, Qurban Bayramovun xatirəsini anmağa gələnlərin heç birinə dəvətnamə göndərilməyib: "Heç kim çağırılmayıb, onlar ürəklərinin səsi ilə gəliblər. Yubileylərin qeyd edilməsi ənənəsi Ulu Öndərimizdən bize qalıb. Universitetimiz də bu ənənəyə əməl edən təhsil ocaqlarındandır. Elə Tibb Universitetinin hörmətli rektoru da belə tədbrilərin keçirilməsinə çox diqqətlə yanaşır".
Sabir Əliyev bildirdi ki, indiyədək ATU-da çoxsaylı müəllim çalışıb: "Ancaq mən açığını deyim ki, kollektiv və tələbələr içində, ictimaiyyət arasında bəlkə 4-5 nəfər belə hörmətə malik olan insan tapılar”.
Daha sonra ATU-nun İctimai Fənnlər kafedrasının indiki müdiri Qoşqar Əliyev Q. Bayramovun həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirin davamında ATU-nun Tədris-Terapevtik klinikasının direktoru Suray Musayev, I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov, ümumi cərrahiyyə kafedrasının professoru, Azər Şadlinski, mərhumun oğlu Qabil Bayramov çıxış etdilər.