Dünən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşəbbüsü ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ATU-nun Cərrahiyyə Klinikasında tədbir keçirilib. Tədbiri klinikanının drektoru, dosent Hacıqulu Bağırov açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra H.Bağırov erməni vandalizmi və soyqırımla bağlı iştirakçılara geniş şəkildə məlumat verib. Sonra HİK-in sədri Cahangir Qasımov çıxış edib. Cahangir müəllim də çıxışında faciədən danışaraq gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqətin artırılması məsələsinə toxunub. Onun çıxışı zamanı bəlli olub ki, demə, Xocalı faciəsinə şahidlik edənlərdən biri də natiqin özü olub. Bu barədə xatirələrini bölüşən C.Qasımov bu faciəni unutmamağa, həmişə yad etməyə, bu kimi faciələrlə rastlaşmamaq üçün xalqımız hazır olmağa çağırıb. Sonda natiq möhtərəm prezident İlham Əliyevin dəstəyi sayəsində işğal olunmuş torpaqların geri qaytarılacağına, qarabağlıların, o cümlədən də xocalıların o yurdlara geri dönəcəyinə ümidli olduğunu qeyd edib.