Bu gün Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Sabir Əliyev kollektivin qadın üzvləri ilə görüşüb. S.Əliyev ATU-nun xanımlarını universitet rəhbərliyi, konkret olaraq rektor Əhliman Əmiraslanovun, həm də öz adından Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sabir Əliyev ATU-nun qadın üzvlərinə cansağlığı, hər kəs üçün önəmli olan ailə səadəti arzulayıb: “Qadınlarımız ildə bir dəfə yox, ömür boyunca diqqət və qayğıya layiqdirlər. Mən də sizə həmişə diqqətlə əhatə olunmağı, özünüzlə və övladlarınızla bağlı bütün arzularınınızın həyata keçməsini diləyirəm”.