ATU-nun Tədris Terapevtik Klinikasının Tibbi Şurasının yığıncağı keçirilib

ATU- nun Tədris Terapevtik Klinikasının Tibbi Şurasının yığıncağı keçirildi. Yığıncağın gündəliyində duran məsələləri diqqətə çardıran klinikanın direktoru, ə.e.x. professor Surxay Musayev ay ərzində klinikada aparılan müalicə diaqnostik işlər haqqında məruzə etmək üçün sözü klinikanın baş həkimi, dosent Ramin Bayramlıya verdi. Baş həkim fevral ayı ərzində klinikada aparılan bir sıra yenidənqurma işləri və bir ay müddətində kilinikanın müraciət edən və çıxan xəstələrin ümumi statistikası haqqında ətraflı məlumat verdi. Baş həkim hesabat məruzəsində bildirdi ki, ötən illə müqayisədə , bu ay klinikaya müraciət edənlərin sayında nəzərə çarpacaq dərəcədə (13 % ) artım qeydə alınmışdır. Belə ki, klinika üzrə stasionar müalicə almaq üçün 574 xəstə daxil olub, 559 xəstə isə çıxıb. Martın 5 -nə olan məlumata görə, klinika üzrə stasionar və gündüz həftəlik daxil olma və çıxma ümumilikdə 201 nəfər təşkil edib. Toplantıda qeyd olundu ki, klinikada ay ərzində bir sıra yeniliklər də olub. Əvvəllər çox darısqal olan qəbul şöbəsi (təcili yardım) tamamilə yenilənərək daha müasir bir vəziyyətə gətirilmişdir. İndi burada eyni vaxtda üç xəstəni rahat şəraitdə qəbul etmək mümkündür. Bundan başqa klinikada fevral ayında ayrıca uşaq reanimasiyası bölməsi də yenidən qurulmuş, fəaliyyəti gücləndirilib. R. Bayramlı hesabat ayı ərzində klinikada keçirilən tədbirlər haqqında da toplantı iştirakçılarına məlumat verdi. O, vurğuladı ki, fevralın 13- də klinikamızda “Autoimmun xəstəliklərin laborator diaqnostikası” mövzusunda elmi-praktik seminar keçirilmişdir ki, burada da universitet əməkdaşları ilə birgə respublikamızın digər müalicə müəssisələrində çalışan mütəxəssislər də qatılmışdır. Bundan başqa fevralın 25 –də klinikanın konfrans zalında xalqımızın qan yaddaşı olan Xocalı soyqrmının 23 –cü ildönümü ilə əlaqədar böyük anım mərasimi keçirilmişdir. Universitet rəhbərliyinin və tibb ictimaiyyətinin iştirak etdiyi toplantıda erməni qəsbkarlarının millətimizin başına gətirdiyi facıələr bir daha qeyd olunub. Sonra klinikanın baş tibb bacısı Zərgül Qasımova “Tibb bacıları məktəbi” nin 2014-2015- cı tədris ilində göstərdiyi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Çıxışlarda səslənən fikirlərə münasibətini bildirən klinikanın direktoru , professor Surxay Musayev son vaxtlar klinikada aparılan bir sıra yeniliklər, şöbələrdə yaradılan maksimum şərait, mütərəqqi üsullar, alınan yeni avadanlıqlar və onlardan istifadə qaydaları barədə ətraflı söhbət açdı, görüləcək cari məsələlər haqqında toplantı iştirakçılarına məlumat verdi. Professor S. Musayev əldə olunan bu nailliyyətlərin qazanılmasında universitetimizin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovun diqqət və qayğısından bəhs etdi. S. Musayev çıxışının sonunda klinikada çalışan bütün qadın əməkdaşları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onların hər birinə rəhbərlik adından ailə səadəti və işlərində yeni- yeni nailliyyətlər arzuladı.