Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri Uludağda keçirilən 8-ci "Uludağ Dermotokosmetoloji Günləri"ndə iştirak ediblər.
Dermotokosmetoloji Dərnəyi və Uludağ Universiteti Tibb fakültəsinin dəri-zövrəvi xəstəliklər kafedrasının birgə təşkilatçılığı ilə baş tutan simpozium 4 gün davam edib. Simpozium çərçivəsində keçirilən dəriyə qulluqla bağlı kurslara (gözəaltı, üz, saç mezoterapiyası, üz pilinqi, piftinq və s.) ATU-nun dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov və assisenti Maqsud Agazadə də qatılıblar. Onlar təşkilatçılaq tərəfindən sertifikatla mükafatlandırılıblar.