Bakı-2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində ATU-nun Tədris Terapevtik Klinikasında Avropa Oyunlarının Tibbi və Antidopinq xidmətinin baş meneceri xanim SallyAnn Bluhm və Bakı-2015 Avropa Oyunlarının poliklinikasının baş həkimi Lalə Əhmədova ilə rezidentlərinin görüşü keçirilib.
Görüşdə ATU-nun TTK-nın Baş həkimi dosent Ramin Bayramlı və Bakı - 2015 Avropa oyunlarının Səhiyyə üzrə meneceri, ATU-nun rezidentura dekan müavini dosent İsmayıl Əfəndiyev iştirak ediblər. ATU-nun Tədris Terapevtik Klinikasının rezidentləri Bakı-2015 Avropa Oyunlarında fəal iştirak etmək üçün böyük maraq göstəriblər.