Əməkdaşlarımız Beynəlxalq Kitab Sərgisində iştirak ediblər

Oktyabrın 25-27-də ATU-nun Əsaslı Kitabxanasının əməkdaşları  Ziyafət Eminova, Gülbehişt Orucova, Solmaz Əzizova və Səadət Hüseynova ADA-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Kitab Sərgisində iştirak ediblər. Sərgidə ATU əməkdaşları tərəfindən H. Əliyevə həsr olunmuş kitablar,  xarici dildə çap olunmuş ədəbiyyat, yubiley məcmuələri və s. nümayiş etdirilib. Universitetimizə aid sərgi ilə maraqlanan ziyarətçilərə jurnal və kiçik hədiyyələr təqdim olunub.