Yenicə təsis olunan Kardiologiya Akademiyasının ilk toplantısını açan Tədris Terapevtik Klinikasının direktoru, ə.e.x, professor Surxay Musayev bildirdi ki, bu akademiya klinikada çalışan gənc kardioloqların təşəbbüsü ilə yaradılıb. Məqsəd gələcəkdə kardiologiya elminin yaşlı nümayəndələrini və bu sahədə kifayət qədər tanınmış mütəxəssisləri bura dəvət etmək onların təcrübəsini müzakirə etməkdən ibarətdir. Ona görə də bu akademiyanı bir elmi müzakirə klubu da adlandırmaq olar. Sözünə davam edən S. Musayev son illər Azərbaycanda kardiologiyanın inkişafına böyük diqqət yetirildiyini və tibbin bu sahəsinin ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayaraq dedi ki, 20 il bundan qabaq respublikamızda açıq ürək əməliyyatı və yaxud stendləmə işi haqında təsəvvür belə yox idi. İndi nəinki paytaxtımızda, habelə regionlarımızın bir çox şəhərlərində bu əməliyyatlar asanlıqla həyata keçirilir. 2013- ilin dekabrında klinikamızda Ürək Damar Mərkəzi mərkəzi yaradıldığını diqqətəçatdıran klinika direktorunun sözlərinə görə mərkəzin poliklinka və stasionar şöbəsində müalicə və müayinə işləri yüksək səviyyədə təşkil olunub. Ən qısa bir müddətdə bu mərkəzdə böyük işlər görülüb, nə qədər xəstə ağır əməlyyatlar keçirib vəşəfa tapıb. Çıxışında hörmətli rektorumuz, akademik Əhliman Əmiraslanola birgə mərkəzin işini daha yüksək səviyyədə qurmaq üçün məsləhətləşmələr aparıldığını və müəyyən avadanlıqların yeniləri iləəvəz olunacağıni bildirən professor S. Musayev ilk addımlarını atan Kardiologiya Akademiyasına gələcək işlərində uğurlar dilədi.
Sonra Ürək Damar Mərkəzinin rəhbəri Fərid Əliyev, invaziv kardioloqlar Elnur İsayev və Fuad Səmədovun “Müalicəyə rezistent ürək çatışmazlığını birlikdə müzakirə edəkmi ?” adı altında “Müalicəyə rezistent ürək çatışmazlığı nədir ?” “Müalicəyə rezistent ürək çatışmazlığına necə yanaşmalıyam ?” mövzularında çıxış etdilər.
Sonda kardiologiya sahəsi üzrə aparıcı mütəxəssislərin də iştirak etdiyi açıq diskussiya şəraitində keçən akademiyanın ilk toplantısında müzakirəyəçıxarılan mövzunun suallarını düzgün cavablandıranlar ATUKA-nın idarə heyəti tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırıldılar.