StomatologiyafakültəsininTələbəElmiCəmiyyətinin 42-cikonfransı olub. Kliniki və xarici dillər bölməsindən ibarət konfrans ənənəvi olaraq ATU-nun Stomatoloji Klinikasında və xarici dillər kafedrasında keçirilib.
Konfransı fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Ə.Hacıyev açaraq tələbələrimizin beynəlxalq tələbə elmi cəmiyyətlərinin konfranslarında layiqli yerlər tutduqlarını vurğulayıb. O, universitet rəhbərliyinin tədqiqatçı tələbələrə daim xüsusi qayğı göstərdiyini bildirərək bu sahədə ilk addımlarını atan gələcəyin elmi tədqiqatçılarına fakültənin dekanı, təşkilat komitəsinin sədri, professor Zöhrab Qarayevin və münsiflər heyətinin adından uğurlar arzulayıb.
Kliniki bölmədə dinlənilən 11 məruzədə stomatologiyanın aktual problemlərinə toxunulub. Texniki imkanlardan yararlanan gənc tədqiqatçılar kliniki materiallarını, gördükləri işləri əyani surətdə kompyter görüntüləri ilə nümayiş etdiriblər.
Münsiflər heyətinin rəyinəəsasən Arzu Əhmədova, Tural Əliyev, Vaqif Məmmədov və Nigar Cabbarova dolğun çıxışları ilə fərqlənərək ilk yerləri tutublar.
Xarici dillər bölməsinin konfransında da fakültə rəhbərliyi tərəfindən TEC-in fəaliyyətinə böyük diqqət ayrıldığını deyən Ə.Hacıyev bu işin xarici dillər kafedrasında yaxşı qurulduğunu diqqətəçatdırıb. O, xüsusilə dosent D.Sultanova və baş müəllim N.Şərifovanın daha çox sayda elmi işə rəhbərlik etməsini, eləcə də tələbələri elmi işə həvəsləndirərək onlardan öz köməkliklərini əsirgəməyən Z.Hüseynova, V.Abıyeva, A.Səfixanova və professor T.Xəlilovanın timsalında müəllimlərin əməyini yüksək qiymətləndirib.
Kafedra TEC-nin sədri, dosent Rəna Hüseynova Azərbaycan Tibb Universiteti xətti ilə tələbə elmi konfranslarında yaxından iştirak etdiklərini və bu konfransa tələbələr hazırladıqlarını söyləyib. O, ümumilikdə 34, o cümlədən ingilis dilində 30, fransız dilində 1, rus dilində isə 3 məruzənin dinləniləcəyini, ən dolğun və maraqlı məruzələrləçıxış edən tələbələrin konfransın 2-ci turunda iştirak etmək hüququ qazanacaqlarını qeyd edib.
Sonra təbabətin ayrı-ayrı sahələrinə aid maraqlı məruzələr dinlənilib. Məruzəçi tələbələrdən Kamran Nağızadə, Cəmil Muradov və Suqra Əzimova ilk yerlərə layiq görülüblər.
Hər iki bölmədə fərqlənən tələbələrin məruzələrinin gənc həkimlərin və tələbələrin Beynəlxalq Tibb Konqresinə təqdim edilməsi tövsiyə olunub.