Noyabrın 15-16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı əsasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Peşəkar risklər: hüquqi baza, tədbirlərin təşkili, həmkarlar ittifaqlarının rolu” mövzusunda təlim keçirilib.
Əməyin mühafizəsi üzrə texniki əmək müfəttişləri, həmkarlar ittifaqı təşkilatlarının sədrləri və müvəkilləri üçün təşkil edilən təlimdə ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları dosent Səyyad Gürzəliyev və dosent Minayə Nəbiyeva “Xroniki xəstəlik hallarının qarşısının alınmasında həyata keçirilən əsas tədbirlər: istehsalat xəsarətlərinin və kəskin peşə xəstəliklərinin qarşısının alınmasının əsasları, ilkin və dövrü tibbi müayinələrin aparılması qaydaları” və “Bəzi kateqoriyalı işçilərin tibbi müayinəsi. İşçilərin klinik müayinəsi: sənədlər, yeni zəmanətlər, işçinin və işəgötürənin öhdəlikləri. Təhlükəsiz iş şəraiti” mövzusunda mühazirə oxuyublar. Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və hər iki mühazirəyə dair suallar ətraflı cavablandırılıb.