Əhliman Əmirasanov: “Bərpa müalicəsi yetərincə vacib sahədir” Aprelin 10-da Azərbaycan Tibb Universitetində“Dayaq-hərəkət sistemi xəstəliklərinin cərrahi və bərpa yolu ilə müasir müalicəsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransın açılış mərasimində Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək konfransın mövzusu vəəhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib: “Bəllidir ki, istər cərrahi xəstəliklər olsun, istər digər xəstəliklərin müalicəsində daha uğurlu nəticəəldə etmək üçün sonrakı mərhələdə aparılan bərpa müalicəsinin böyük önəmi var”.
Rektor ölkəmizdə reabilitasiya, yəni bərpa müalicəsi sahəsində yüksək ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd etmişdir. Ə.Əmiraslanovun sözlərinə görə, məhz bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə artıq Azərbaycan Tibb Universiteti Türkiyənin “Romatem”şirkəti ilə qarşılıqlıəməkdaşlığa başlayıb: “Bu qurumun rəhbəri Köksal bəy Holoğlu yalnız Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla klinika var. Odur ki, onların köməyindən istifadə edərək mütəxəssislərimizin fikir mübadiləsi aparmasına imkan yaratmaq məqsədilə belə bir konfransın keçirilməsinə qərar verdik”.
Konfransda türkiyəli mütəxəssis, ROMATEM Fizioterapiya və Reabilitasiya Xəstəxanasının İdarə Heyətinin müdiri, Uz.Dr.Köksal Holoğlu “Fizioterapiya və reabilitasiya sahəsində gündəlik problemlər” mövzusunda çıxış edib. O, belə bir görüşün təşkili üçün ATU rektoru Əhliman Əmiraslanova və digər həmkarlarına təşəkkürünü bildirdi.
Daha sonra Prof. Sabir Etibarlının sədrliyi ilə sessiyalar işə başlayıb. Tədbirdə Prof.Dr. Azadlıq Yılmaz “Onurğa problemləri və müasir müalicəüsulları: Onurğa xəstəlikləri, ortopediya və protez tətbiqləri və skaliozun konservativ müalicəsi haqqında məlumatla çıxış edib. Dr. Cəmil İsgəndərov isə Boyun fəqərəarası disk yırtıqlarının cərrahi və konservativ müalicəsi” mövzusunda müasir tendensiyalardan söz açıblar.
Konfransın fasilədən sonrakı hissəsində azərbaycanlı və türkiyəli professorlar “Beyin vəömürlük zədələrdə müasir reabilitasiya prinsipləri”, “Artroplastik cərrahi və reabilitasiya müalicəsi”, “Ortopedik reabilitasiya prinsipləri”, “Miofassial diskfunksiyalarda “ TYOFLEX”-in rolu” kimi mövzulardan məruzələr səsləndiriblər. Tədbir iştirakçıların suallarının ekspertlər tərəfindən cavablandırılması ilə yekunlaşıb.