Bu il mayın 9-da Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümüdür. Bu qələbənin qazanılmasında xüsusi rolu olan Azərbaycanda da, həmin tarix dövlət səviyyəsində qeyd olunacaq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı ” təsdiq edilib.
Həmin sənəd çərçivəsində bu gün Azərbaycan Tibb Universitetində“1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan tibb işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans baş tutub. Konfransda ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də tibb işçilərinin rolundan söz açılıb. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdəüzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilib. Qeyd olunub ki, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi vəəməli əhəmiyyətə malikdir. Tədbirdə xüsusi vurğulanıb ki, Böyük Vətən müharibəsi zamanı Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Həmin illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilərək cəbhəyə göndərilib. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri iləçiyin-çiyinə faşizmə qarşı savaşda iştirak ediblər.
Tədbirdə ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiri, ə.e.x., prof. M.Y.Nəsirov “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan cərrahlarının rolu”, ictimai fənnlər kafedrasının dosenti E.Sadıqov “1941-1945-ci illərdə Azərbaycan xalqının sosial potensialı cəbhənin xidmətində”, ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assisenti F.Məmmədov “Azərbaycan tibb işçiləri 1941-1945-ci illər müharibəsində” və Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasının dosenti R.Orucov “ATU 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə” mövzusunda çıxışlar ediblər.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə təsdiqlənən Tədbirlər Planına əsasən, ölkəmizin təhsil müəssisələrində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Onlar arasında müharibəyə həsr edilmişəsərlərin, kitabların sərgisinin təşkili, savaş iştirakçıları ilə görüşlərin keçirilməsi planlaşdırlır. O cümlədən, 1941-1945-ci illər müharibəsinə həsr olunmuş vahid dərsin (günün) keçirilməsi, müharibə veteranları və tələbələr arasında görüşlərin keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətinin təşkili nəzərdə tutulur. Eyni zamanda, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi MDB-yəüzv ölkələrin Başçılarının Şurasının tapşırığı ilə qələbənin 70-ci ildönümünün qeyd olunması məqsədi ilə hazırlıq işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində azərbaycanlı təhsil işçiləri Moskvada təşkil olunacaq beynəlxalq məktəbin işində iştirak edəcəklər.