Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm olan nevrologiya nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.
Orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Nevroloqlar (ötən əsrin 80-ci illərinə qədər nevropatoloq deyilirdi) sinir sistemi xəstəliklərinin müalicəsində ixtisaslaşan həkimlərdir.
Sinir sistemi iki hissədən ibarətdir: mərkəzi və periferik. Beyin və onurğa beyni mərkəzi sinir sistemini təşkil edir. Nevroloqlar nevroloji xəstəlikləri və ya sinir sistemində baş verən narahatlıqların müalicəsini həyata keçirirlər.