Konfrans öz işini 3 bölmədə davam etdirib.
I - Gigiyena bölməsində 7 məruzə dinlənilib. Münsiflər heyətində 2 professor, 3 dossent iştirak edib. Məruzəçilərdən daha çox bal toplayan 3 tələbə diplomla, digər 4 tələbə isə sertifikatla təltif edilib.
II bölmədə Mikrobiologiya, İmmuniogiya, Epidemiologiya və s. üzrə 5 məruzə dinlənilib. 3 tələbə diplom, 2 tələbə isə sertifikatla təltif edilib. Bu bölmənin münsiflər heyətində AMEA-nın müxbir üzvü prof. Qarayev Z.Ö. , ə.e.x. prof. Ağayev İ.Ə, digər 3 professor və 1 dossent fəaliyyət göstərib.
III bölmə Tibbi-biologiya üzrə keçirilib. Burada 4 məruzə dinlənilib. 3 məruzəçi diplomla, 1 məruzəçi sertifikatla təltif edilib. Münsiflər heyətini 3 professor, 1 dossent təmsil edib.
Konfransın açılışını və bağlanışını fakültə dekanı A.M.Məmmədov aparıb. Konfransın bütün bölmələrində tələbələr sədr kimi fəaliyyət göstəriblər. Yekunda müzakirələr zamanı konfransda dinlənilmiş mövzuların elmi aktuallığı, təcrübi əhəmiyyəti, tələbələrin sərbəst məruzə etmələri, müasir illüstrasiya təminatı və diskusiyalarda müəllim və tələbələrin aktiv iştirakı qeyd edilib.