Bu günlərdə Türkiyənin Antalya şəhərində Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) növbəti beynəlxalq toplantısı keçirilib. Konfansda Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova da iştirak edib.
Z.Eminovanın sözlərinə görə, konfrans zamanı “Mobil gələcək, kitabxanalar və resurslar” - elektron resursların işlədilməsi, mobil kitabxana xidmətləri və gələcək akademik kitabxanalar kimi mövzular müzakirə edilib. Tədbirdə müasir dövrdə kitabxanaların tam avtomatlaşdirlması və elektron resurs bazalarının işi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Konfransda Azərbaycan Tibb Unibersitetinin Əsaslı Kitabxanasının da təqdimatı keçirilib. Bununla yanaşı, Elsevier, EBSCO, Clinical Key, Wiley, Tomson Reuters, Springer, Bio Med Central, JSTORP, ProQuest,Oxford Universitet nəşriyyatları kimi beynəlxalq nəşriyyatların nümayədələrinin də çıxışları dinlənilib. elmi işçilərii maarifləndirmək istiqamətində OCLC, EndNote, HiperLink kimi bu sistemlərin rolundan bəhs olunan təqdimatlar dinlənilib.
Daha sonra, Türkiyədə informasiya xidmətlərdə, mobil əməliyyatların inkişafı və açıq resurslar istiqamətində təşəbbüskarlıq və s. kimi mövzular və ANKOS- un işçi qrupun üzvlərinin fəaliyyəti haqqında məruzə dinlənilib.
Konfransın sessiyalarında səmərəli müzakirələr aparılıb. Belə ki, bundan sonra iştirakçılar arasında əməkdaşlıq üçün yeni layihələrin hazırlanması (kitabxanalararası abonoment, açıq resurslardan birgə istifadə və s.) planlaşdırılıb. Konfrans toplantının 15 iliyi münasibətilə ANKOS prezidenti Sami Çukadarın təbrik və təşəkkür müraciəti ilə başa çatıb.
Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanası 2003-cü ildən etibarən fəaliyyət göstərən Azərbaycan Kitabxana Konsorsiumunun (AzKiK) yaradıcılarındandır. Əsaslı Kitabxana AzKİK-in bütün proqram və layihələrdə yaxından iştirak edib. Bu sahədə Azərbaycan Tibb Universitetinin rəhbərliyi də layihələrin həyata keçirilməsində maliyə dəstəyini əsirgəməyib.
Azərbaycan Kitabxana Konsorsiumu (AzKiK) Türkiyənin Anadolu Universitet Kitabxanaları Konsorsiumu (ANKOS) ilə yaxından əməkdaşlıq edir. Qeyd edək ki, ANKOS 2000-ci ildə yaradılıb. 2001-ci ildən etibarən kitabxanaçılar, elmi-tədqiqatçılar, tələbə və müəllimlər, arxiv işçiləri üçün beynəlxalq konfranslar keçirir. Türkiyə konsorsiumunun keçirdiyi konfranslarda Amerika Birləşmiş Ştatlarından, Avropadan, Cənubi Afrikadan, Ortaşərq və Türk dilli ölkələrdən 1000-dən artıq nümayəndə iştirak edib.