Bu gün Azərbaycan Tibb Universitetində ali məktəb rəhbərliyinin imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşü keçirildi. Tədbirdə iştirak edən prorektor Sabir Əliyev bu görüşlərin ənənə halını aldığını, mütəmadi olaraq keçirildiyini qeyd etdi.
S.Əliyev imtahana hazırlıq işlərinin gedişatı ilə maraqlandı. O, gələcəkdə hansısa problemlərin yaranmaması naminə imtahan nəzarətçilərinin seçiminə daha diqqətlə yanaşmağı tövsiyə etdi.
Daha sonra imtahana nəzarət qrupunun rəhbəri Kamandar müəllim yaz imtahan sessiyası haqqında ətraflı məlumatı qrup üzvlərinin diqqətinə çatdırdı. Bu zaman imtahan cədvəlləri, nəzarətçilərin bölüşdürülməsi haqqında informasiya səsləndirildi.
Virtual Test Mərkəzinin(VTM) direktoru Şahin Bayramov imtahanlar zamanı şəffaflığın təmin olunması baxımıdan bəzi tədbirlərin görülməsinin zəruri olmasından danışdı. O, tələbələrin imtahan zalına buraxılarkən telefonlarının olub-olmamasına xüsusi diqqət yetirilməsini, zalda səssizliyə riayətin edilməsinin vacibliyindən söz açdı.
Qeyd edək ki, ATU-nun rəhbərliyi ilə keçirilən görüşdə imtahanlara nəzarət qrupunun 151 üzvü də iştirak edirdi. Tədbirdə imtahanların təşkili, qaydaları, məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsinə dair müzakirələr aparıldı.