Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi olaraq Elmi Şuranın növbəti iclası keçirilib. Toplantıda ATU rəhbərliyi ilə yanaşı, Şura üzvləri, professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.
ATU rektoru, akademik Əhliman Əmiraslanov universitetin son ay ərzindəki fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verib, qazanılan nailiyyətlərdən, həmçinin qarşıda duran vəzifələrdən söz açıb.
Daha sonra ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edib. O, ATU-da 2014-2015-ci tədris ili üçün yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb. S.Əliyev həm də tələbə və müəllimlərin Buraxılış Dövlət Attestasiyasına hazırlığının səviyyəsi, bu prosesin daha uğurlu keçməsi üçün görülən işlər haqqında məlumat verib.
Elmi Şurasının iclasında həmçinin biofizika və bioüzvü kimya kafedrasının müdiri Tağıyev Dilqəm, histologiya,sitologiya və embriologiya kafedarsının müdiri Qasımov Eldar, ümumi gigiyena kafedrasının müdiri Kazımov Mirzə, terapevtik stomatologiya kafedrasının müdiri Kərimov Elxan, əczaçılıq fakültəsinin dekanı Süleymanov Tahir çıxış ediblər.
Məruzələrdən sonra Elmi Şura üzvləri ATU ilə bağlı müxtəlif məsələlər haqqında müzakirələr aparıblar.