Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi, dosent Ramin Bayramlı və Mikrobiologiya və İmmunologiya kafedrasının bir sıra digər əməkdaşları bugünlərdə Danimarkanın Kopenhagen şəhərində keçirilən 25-ci “Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Konqresi”ndə (ECCMID 2015) iştirak ediblər. Toplantı çərçivəsində müasir elmi məruzələr dinlənilib, bir sıra beynəlxalq elmi cəmiyyətlərlə heyətlərarası görüşlər keçirilib, ikitərəfli elmi əməkdaşlıq üçün razılaşmalar əldə olunub.
Avropa Klinik Mikrobiologiya vəİnfeksion Xəstəliklər Cəmiyyətinin Səyahətçi və Miqrant İnfeksiyaları Tədqiqat Qrupunun (ESCMID Study Group for Infections in Travellers and Migrants - ESGITM) üzvü dos. Ramin Bayramlı bu qurumun toplantısında son elmi fəaliyyətlərin təqdimatında iştirak edib. ATU əməkdaşları Ramin Bayramlı və Həyat Əliyeva WAidid tv-yə (World Association for Infectious Diseases and Immunological Disorders) müsahibə verərək bu assosiasiya ilə Azərbaycan Tibbi Mikrobioloq vəİmmunoloqlar İctimai Birliyinin əməkdaşlıq perspektivlərindən danışılıb.
ESCMID-in gələcək toplantılarında ATU əməkdaşlarının daha aktiv iştirakı qərarlaşdırılıb.