Azərbaycan Uşaq Nevroloji Cəmiyyətinın təşkilatçılığı ilə ATU-nun Nevrologiya kafedrası Rezidentura və Magistratura şöbəsi ilə birgə ATU-nun Tədris Terapevtik Klinikasında Miqren baş ağrısına həsr olunmuş növbəti dəfə seminar keçiriblər. "Baş Ağrısı Maarifləndirmə Həftəsi" fəaliyyətləri çərçivəsində keçirilən seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilovun tədbirin aktualliginı diqqətə çatdıraraq vurğulayıb ki, miqren halhazırda dünyada ən çox yayılmış xəstəliklərdəndir. Nevrologiya kafedrasının müdiri, professor isə Aytən Məmmədbəyli çıxışında baş ağrıları və nevroloji problemlərin dərindən öyrənilməsi üçün cavan mütəxəssislərdə marağın yaranması üçün belə tədbirlərin davamlı olmasını aparılmasını təklif edib.
Məruzəçi Almaniyanın Christian Albrechts Universitetində Miqren və Baş ağrıları üzrə master dərəcəsini almış, Beynəlxalq Baş ağrılar Cəmiyyətinin (İHS) üzvü, Beynəlxalq Baş ağrılar Cəmiyyətinin Qrand mükafatçısı olan Azərbaycanın "Miqren və baş ağrılar" üzrə ilk mütəxəssisi Dr. Sərxan Əmirquliyev çıxışında onun təşəbbüsü ilə həyata keçirilən "Baş Ağrısı Maarifləndirmə Həftəsi" fəaliyyətləri çərçivəsində və eləcə də "Miqren Dostu Xəstəxanası" nın konsepti ilə beynəlxalq kampaniyaya başlamaqdan qürur duyur. O, bildirib ki, qadınlar kişilərdən 2-3 dəfə daha çox miqrendən və baş ağrıları xəstəliklərindən əziyyət çəkirlər. Epidemioloji tədqiqatlar miqrenin yayılmasının 11%-ə qədər (5-25%) olduğunu təxmin edir. Mütəxəssis onu da əlavə edib ki, tibb işçilərinin baş ağrılarının aradan qaldırılması və onların daha yaxşı idarə edilməsi tibb xidmətinin daha keyfiyyətli qayğı ilə təmin olunmasına zəmin yaradır.
Maraqlı keçən tədbirdə iştirakçıları düşündürən suallar cavablandırılıb. Tədbirdə klinikanın baş həkimi Fəridə Hacıyeva, həkimlər, rezidentlər və tələbələr iştirak edib.