Tibb bacısı işinin tarixi bu fədakar peşəyə özünü həsr etmiş məşhur adlarla zəngindir. Bunlardan ən tanınmışı Florens Naytingeyldir. F.Naytingeyl tibb bacısı ixtisası və hospitallarda islahatın təşəbbüsçüsü kimi tarixə öz adını yazıb. O öz missiyasını insanlara xidmətdə, onları xəstəliklərdən, ölümdən qurtarmaqda görürdü.
1853-1856-cı illərdə Krım savaşında gecə-gündüz əsgərlərə qayğı göstərdiyinə görə əsgərlər ona Çıraqlı qadın adını vermişdilər. Bütün işçi heyət axşam evlərinə getdiyində, o, əlindəki çıraqla xəstəxananı gəzərək yaralılara nəzarət edirdi. “The Times” qazetində ona baxıcı mələk adı verilmiş və “bütün xəstəxananın divarlarında onun siluetinin olduğu” yazılmışdı.
#ATU #AzərbaycanTibbUniversiteti #amu#