Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Amerikadan ölkəmizə gələn professorun mühazirəsi dinlənilib.
Mühazirədə ATU-nun mamalıq-ginekologiya kafedrasının müəllimləri, tələbələr və rezidentlər iştirak ediblər. Amerikadan olan professor Hanla Klaus “Doğuş zamanı ana ölümləri” mövzusunda mühazirə ilə çıxış edib. Doğuş zamanı ana ölümlərinin səbəblərini araşdıran professor bununla bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.