İyunun 4-də Fizika-kimya korpusunun akt zalında ATU-nun Tədris Terapevtik Klinikası və Türkiyə Nefroloji Dərnəyinin təşkilatçılığı ilə elmi mühazirə dinlənilib.
Türkiyə Nefroloji Dərnəyinin sədri, Ankara Başkent Universitetinin Nefroloji Bilim Dalı Başkanı, professor Dr.Siren Sizer Azərbaycan Tibb Universitetində mühazirə oxumaqdan məmnunluğunu dilə gətirərək ona bu imkanı yaradan universitet rəhbərliyinə təşəkkürünü çatdırıb. Onunla eyni dildə danışan qardaş ölkədə çıxış etməyin qürurverici olduğunu deyib və sonsuz sevinc hissini audutoriya ilə bölüşüb.
Türkiyəli professorun “Radiokontrans maddə nefropatiyası” və “Xroniki böyrək çatışmazlığında qidalanma” mövzusunda mühazirələrini maraqla dinləyən həkim-rezidentlər və mütəxəssislər sonda öz suallarını və fikirlərini səsləndiriblər. Nefrologiyanın aktual problemlərinə dair fikir mübadiləsi aparılıb.