Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur. Piqmenti olmayan dəri isə günəş şüasına qarşı həssas olur. Cəmiyyətimizdə albinosları “fosforlu adam da adlandırırlar. Bundan başqa onlarda anadangəlmə görmə problemi də olur. Albinos "albus", yəni "ağ" sözündən yaranıb.
İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür.
Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub. Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günü 2015-ci ildən etibarən hər il qeyd edilir.