Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) heyəti "Nur Uşaq Evi"-ni ziyarət edib.
Yardım məsədi ilə təşkil olunan ziyarətdə ATU-nun THİK-ın sədr müavini- Zivər Hüseynova, Əczaçılıq fakültəsinin sədri Nəzərli Məhəmməd, Əczaçılıq fakültəsinin sədr müavini Gülnar Hacıyeva, Əczaçılıq fakültəsinin tələbəsi Namazova Sərvinaz, I Müalicə-Profilaktika fakültəsinin tələbəsi Ayişə Məmmədova və ATU-nun Kadrlar şöbəsinin əməkdaşları Ruzanna Bəşirova, Mədinə Allahverdiyeva iştirak ediblər.