29 may-28 iyun tarixlərində Stomatologiya fakültəsində "Start up" lahiyəsi çərçivəsində "Start up və Marketing" təlim kursu keçirilib
Kursun 4-cü həftəsinin "Stomatologiyada startapın maliyyə aspektləri" mövzusuna uyğun "Startapın biznes planlaşdırılması və maliyyə modeli" adlı mühazirə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiya mərkəzinin rəhbəri Aysel Sadıqova tərəfindən oxunub. İştirakçılar məruzəçiyə çoxsaylı suallar yönləndiriblər, mövzu ətrafında diskussiya aparıblar.
Lahiyənin baş koordinatoru dosent Ayət Cəfərova yeni təlimlərin proqramı haqqında məlumat verib, həmçinin növbəti tədris ilində digər fakültələrdə təlim kurslarının keçirilməsini qeyd edib.
Tədbirin sonunda iştirakçı və təşkilatçılara sertifikat təqdim olunub.