Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələrlə iş üzrə dekanı, dosent İsmayıl Əfəndiyev Hindistan Respublikasında seminarda iştirak edib.
Dosent İsmayıl Əfəndiyev səfər zamanı Azərbaycan Tibb Universiteti haqqında geniş məlumat verib, təbliğat xarakterli çıxışlar edib. Seminarlar Nyu Delhi, Mumbay, Vadovara, Banqalor, Haydarabad və s. şəhərlərdə keçirilib.
Hindistanlı gənclər, həmçinin onların valideynləri tərəfindən ATU-da təhsil almaq üçün böyük maraq göstərilib, bununla bağlı çox sayda suallar verilib.