East London Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olublar.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova qonaqları salamlayaraq, onlara ilk öncə universitet haqqında məlumat verdi. O bildirdi ki, son illərdə ATU-nun dörd yeni klinikası inşa olunub və istifadəyə verilib.
Daha sonra ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov qonaqlara bu ali təhsil ocağının rezidentura fəaliyyəti barədə məlumat verdi. O rezidentura şöbəsinin artıq 4 ildir ki, mövcud olduğunu bildirdi.
Görüşün davamında East London Universitetinin Fizioterapiya proqramının rəhbəri Liz Nichalls layihə barədə danışaraq, proqramın üstünlüklərindən söz açdı.
Görüşdə hər iki universitet arasında fizioterapiya ixtisası üzrə rezidentura proqramı müzakirə olundu. Gələcəkdə fizioterapiya şöbəsi üzrə rezidentura proqramının yenilənməsinə, qarşılıqlı istiqamətdə işlərin görülməsinə dair söhbətlər aparıldı.
Görüşdə ATU-nun xarici tələbələrlə is üzrə dekanı İsmayıl Əfəndiyev, ATU-nun xarici əlaqələr üzrə şöbə müdiri Nadir Zeynalov da iştirak edirdilər.