1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb
1996-cı ildə Ümumdünya Fiziki Terapiya Konfederasiyası həmin günü Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.
Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir. Ona görə də sağlamlıqla əlaqədar şikayət olmayanda da fizioterapevtə müraciət etmək mümkündür.
Fizioterapevtin əsas işi idman zamanı alınan və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozulmaları kimi vəziyyətlərdə də yardım edir. Bundan əlavə, fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası kimi də tətbiq olunur.